Bank Of Baku

Qazaxıstanda AES-in inşası ilə bağlı referendumun nəticəsi açıqlanıb

Qazaxıstanda AES-in inşası ilə bağlı referendumun nəticəsi açıqlanıb
# 07 oktyabr 2024 10:59 (UTC +04:00)

Oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi məsələsi üzrə keçirilən respublika referendumunun nəticələri təqdim edilib.

APA xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermədə seçicilərin 63,66 faizi iştirak edib.

5,5 milyon vətəndaş (71,12%) atom elektrik stansiyasının tikintisinin lehinə, 2 milyon vətəndaş (25,86%) əleyhinə səs verib.

130 min bülleten etibarsız sayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR