Qazaxıstanın Taldıkorqan bölgəsində yerləşən aviabazada bədbəxt hadisə baş verib, nəticədə 1 hərbçi ölüb, 1 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bazadakı döyüş təyyarəsini uçuş öncəsi sursatla dolduran mexanikin ehtiyatsızlığı nəticəsində mərmilərdən biri atılıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır, istintaq araşdırması səbəbindən baş vermiş qəzanın tam təfərrüatları açıqlanmayıb.