Yanvarın 19-dan bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət başa çatır.
APA bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmərinə istinadən xəbər verir.
Qeyd edək ki, Qazaxıstanda fövqəladə vəziyyət yanvarın 5-dən qüvvəyə minmişdi.
***
17:40
Qazaxıstanın Almatı şəhərində fövqəladə vəziyyət və komendant saatı yanvarın 19-da başa çatacaq.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Almatı komendaturası məlumat yayıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-dən 19-na qədər Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyətin elan olunması barədə fərman vermişdi.