Bank Of Baku

Qazaxıstanda iğtişaşlara görə tutulanların sayı 8 minə çatır

Qazaxıstanda iğtişaşlara görə tutulanların sayı 8 minə çatır
# 10 yanvar 2022 09:54 (UTC +04:00)

Qazaxıstanda törədilmiş iğtişaşlarla bağlı ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanan şəxslərin sayı 8 minə çatır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan qurumlarının rəsmi informasiyasını yayan operativ qərargahdan bildirilib.

“İndiyədək ölkə üzrə 7 939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları Milli Qvardiyanın hərbçiləri və xüsusi bölmələrlə birgə Almatının iki bazarında 207 nəfəri saxlayıb. Polis qaçırılmış beş avtomobil, ticarət malları, odlu və soyuq silahlar müsadirə edib”, - deyə məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR