Qazaxıstanda insanları Ukrayna müharibəsinə cəlb edən şəxs saxlanılıb

Qazaxıstanda insanları Ukrayna müharibəsinə cəlb edən şəxs saxlanılıb
# 13 aprel 2024 13:05 (UTC +04:00)

Qazaxıstanda insanları Ukraynada müharibəyə cəlb edən Rusiya vətəndaşı saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin teleqram kanalında məlumat verilib.

Bildirilib ki, Almatı aeroportunda olduğu müəyyən edilən 32 yaşlı bu şəxs Tacikistanın sorğusu əsasında Moskva-Almatı təyyarəsindən enərkən tutulub.

Onun 2023-cü ilin sentyabr ayından başlayaraq Tacikistan ərazisində yerli vətəndaşları, eləcə də vətəndaşlığı olmayan şəxsləri Ukrayna və digər ölkələrin ərazisində davam edən silahlı münaqişələrə cəlb etdiyi aşkarlanıb.

O da qeyd olunub ki, müvafiq prosedurlardan sonra bu şəxs Tacikistana ekstradisiya olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR