Bank Of Baku

Qazaxıstanda mədən işçilərini daşıyan avtobus dərəyə yuvarlanıb

Qazaxıstanda mədən işçilərini daşıyan avtobus dərəyə yuvarlanıb
# 04 yanvar 2024 10:52 (UTC +04:00)

Qazaxıstanda Pavlador vilayətində mədən işçilərini daşıyan avtobus şaxta yaxınlığındakı dərəyə yuvarlanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Avtobusda 3 xilasedici və bir sürücünün olduğu bildirilib. Operativ qərargah təşkil olunub. Hadisə yerinə cəlb edilən xilasedicilər axtarış-xilasetmə işləri həyata keçirir.

Hadisə şahidlərindən birinin sözlərinə görə, qəza zamanı zəif partlayış səsi eşidilib. Mədəndə çalışan 33 şaxtaçı təxliyə edilib, onların həyatı üçün təhlükə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR