Qazaxıstanda konstitusiyaya düzəlişlə bağlı referendum baş tutmuş hesab edilir.
APA xəbər verir ki, səsvermə hüququ olan əhalinin 50%-dən çoxu referendumda iştirak edib. Nəticələr isə gecə yarısından sonra məlum olacaq.
Səsvermə məntəqələri bağlandıqdan sonra iştirak sayının 68,44% olduğu təsdiqlənib.
Səsvermə sakit şəraitdə keçib. Polisə qayda pozuntusu ilə bağlıə heç bir məlumat daxil olmayıb. Bununla belə, güc strukturları gücləndirilmiş rejimdə çalışır.