Qazaxıstanın Cambul vilayətində sərnişin qatarı ilə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, sərnişin qatarı “Audi” markalı maşını dəmiryolu keçidində vurub.
Qəza nəticəsində avtomobildə olan 6 nəfər ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.