Bank Of Baku

Qazaxıstanda yanğının qəsdən törədilməsi versiyası araşdırılır

Qazaxıstanda yanğının qəsdən törədilməsi versiyası araşdırılır
# 12 iyun 2023 12:23 (UTC +04:00)

Qazaxıstanın hüquq-mühafizə orqanları Abay vilayətində (ölkənin şərqində) baş verən güclü yanğının qəsdən törədilməsi versiyasını araşdıracaq.

APA xəbər verir ki, bu barədə vilayətin akimatının (icra orqanı) mətbuat xidməti bildirib.

Qeyd olunub ki, hazırda bu məsələ ilə bağlı səlahiyyətli orqanlar tərəfindən hərtərəfli araşdırma aparılır.

Xatırladaq ki, Abay vilayətində Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın iyunun 8-dən davam edir və 14 nəfər fəlakətin qurbanı olub.

Ölkə Prezidentin Kasım-Jomart Tokayevin fərmanı ilə bu gün ümummilli matəm elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR