Qazaxıstanın Mangistau vilayətinin Janaozen şəhərində ikimərtəbəli yaşayış binasında qaz balonunun partlaması nəticəsində 4 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Qazaxıstan FHN mətbuat xidmətindən məlumat verilib.
Partlayış 12 mənzilli ikimərtəbəli yaşayış binasında baş verib, hadisə nəticəsində yanğın baş verməyib, lakin 150 kv.m. ərazi dağılıb.
Hadisə yerində aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından dörd yaralı və dörd ölü çıxarılıb.
Ümumilikdə 6 nəfər xəstəxanaya yerləşdirilib.
FHN-dən o da əlavə olunub ki, dağıntıların təmizlənməsi üçün hadisə yerinə 40-a yaxın texnika və 350-yə yaxın əməkdaş cəlb olunub.