Qazaxıstanın keçmiş daxili işlər naziri naziri saxlanılıb

Qazaxıstanın keçmiş daxili işlər naziri naziri saxlanılıb
# 30 aprel 2024 09:04 (UTC +04:00)

Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev 2022-ci ilin yanvar hadisələri zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

APA “Sputnik Kazakstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

O, 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində bir gün əvvəl saxlanılıb.

Baş Prokurorluq həmçinin qeyd edib ki, cinayət işində dövlət sirri təşkil edən məlumatlar var və bu səbəbdən açıqlanmalı deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR