Bank Of Baku

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri iki ay müddətinə həbs edilib

Kuandıq Bişimbayev

© APA | Kuandıq Bişimbayev

# 12 noyabr 2023 09:37 (UTC +04:00)

Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib.

APA xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Daha geniş məlumatlar Qazaxıstan Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq açıqlana bilməz”, - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları sabiq milli iqtisadiyyat nazirinin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR