Qazaxıstanın sabiq mədəniyyət naziri Arıstanbek Muxamediulı 8 il müddətinə azadlıqdan məhrum edilib.
APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, sabiq nazir “Qızıl adamın dünya muzeyləri səfəri” layihəsi çərçivəsində 345 min dollar mənimsəməkdə ittiham edilir.
Məhkəmə qərarı elan edildikdən sonra Arıstanbek Muxamediulının qohumları konvoyun qabağını kəsməyə çalışıblar.