Qazaxıstanın sabiq müdafiə naziri Murat Bektanov 12 il müddətinə azadlıqdan məhrum edilib.
APA xəbər verir ki, bu barədə “Sputnik”in Qazaxıstan bürosu bildirib.
Qeyd olunub ki, Bektanov ötən ilin yanvar ayındakı iğtişaşlar zamanı lazımi tədbirlər həyata keçirmədiyinə görə Qazaxıstan məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Bektanov ötən ilin fevral ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb və istintaq başlamışdı.