Bank Of Baku

Qazaxstanda təhlükəsizlik qüvvələrinin 52 əməkdaşını daşıyan avtobus dərəyə aşıb

Qazaxstanda təhlükəsizlik qüvvələrinin 52 əməkdaşını daşıyan avtobus dərəyə aşıb
# 14 oktyabr 2022 04:47 (UTC +04:00)

Qazaxıstanın Aktobe vilayətində içərisində 52 sərnişinin olduğu avtobus aşıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Aktobe vilayətində avtobus aşıb. Oktyabrın 13-də Samara-Şımkent avtomobil yolunun Akjar kəndi yaxınlığında "Setra" markalı sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtobus dərəyə aşıb", - deyə nazirlikdən bildirilib.

Qəza qəza zamanı avtobusda 52 sərnişin olub, onlardan 9-u xəsarət alıb.

"Avtobusda 52 sərnişin olub. Onlar təhlükəsizlik orqanlarından birinin əməkdaşlarıdır və növbə dəyişmək üçün əraziyə gedirdilər. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 sərnişin Xromtau şəhər mərkəzi xəstəxanasına çatdırılıb”, - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR