“Şimal axını-2” qaz kəməri istifadəyə hazırdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller prezident Vladimir Putinə məruzə edib.
O, “Şimal axını-2” qaz kəmərinin ikinci xəttinin qazla doldurulmasının bu gün Moskva vaxtı ilə saat 12-58-də başa çatdığını bildirib.