Qırğızıstan müdafiə qabiliyyətini artırmaq üçün Mi-17 helikopterləri almağı planlaşdırır.
APA xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Qlobal prosesləri nəzərə alaraq, ölkənin milli təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlərin görülməsi vacibdir. Bu məqsədlə əvvəllər hərbi texnika və silahlar alınıb, bunlar təkcə Bayraktarlar (pilotsuz uçuş aparatları) və "Peçora” (zenit raket kompleksləri) deyil, həm də tamamilə yeni silahlardır. Biz Mi-17 helikopterlərini də almağı planlaşdırırıq”, - deyə Japarov vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq terrorçu qruplaşmalar Mərkəzi Asiyanın bütün ölkələri üçün təhlükə yaradır və ölkənin müdafiə qabiliyyətinin artırılmasını tələb edirlər.
Japarov əlavə edib ki, silahlı qüvvələrin vəziyyətinin yaxşılaşdırılması üçün Rusiya tərəfi ilə birgə hərtərəfli iş aparılır və bu çərçivədə Rusiya Federasiyası ilə birgə regional hava hücumundan müdafiə sistemi yaradılıb.