Bank Of Baku

Qırğızıstan Prezidenti: "Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam"

Qırğızıstan Prezidenti: "Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam"
# 02 noyabr 2019 14:49 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov prezidentlik müddəti bitdikdən sonra vəzifəsindən ayrılacağını deyib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Qırğızıstan Prezidenti bu barədə jurnalistlərlə qeyri-formal görüşündə deyib.

"Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam. Dövləti və ya yaxınlarımı seçməliydim. Seçimimi etdim, mən Qırğızıstan xalqını seçdim", -  deyə o bildirib.

Prezident qeyd edib ki, o, qanun və xalq qarşısında təmizdir və prezidentliyi müddətindəki bütün əməllərinə görə cavab verməyə hazırdır.

Qırğızıstan Konstitusiyasına görə, prezident 6 il müddətinə ancaq bir dəfə seçilir. Jeenbekovun andiçmə mərasimi 2017-ci ilin noyabr ayında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR