Bank Of Baku

Qırğızıstan-Tacikistan sərhəd xəttinin daha bir hissəsi razılaşdırılıb

Qırğızıstan-Tacikistan sərhəd xəttinin daha bir hissəsi razılaşdırılıb
# 12 yanvar 2024 15:39 (UTC +04:00)

Qırğızıstan və Tacikistanın dövlət milli təhlükəsizlik komitələrinin rəhbərləri Batkendə görüşüblər.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, görüşdə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Simumin Yatimov sərhədin delimitasiyası məsələsini müzakirə ediblər.

Qırğızıstan və Tacikistan əvvəllər dəfələrlə atəşə tutulmuş Maksat kəndi ərazisindəki sərhəd üzrə razılığa gəliblər. Bu barədə Batkendəki danışıqların nəticələri ilə bağlı iki ölkənin dövlət milli təhlükəsizlik komitələrinin rəhbərlərinin video-bəyanatlarında elan edilib.

Həmçinin hər iki hökumətin nümayəndə heyətinə, işçi qruplarının danışıqlarının intensivləşdirilməsi üçün konkret tapşırıqlar verilib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində baş tutub.

Əhməd Əkbərov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR