Qırğızıstan-Tacikistan sərhədində atışmada Tacikistanın 3 nəfər sərhədçisinin öldürüldüyü məlum olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin arasında Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin polkovnik-leytenantı da var.
Hazırda sərhəddə vəziyyətin stabil olduğu bildirilir.
Qeyd edək ki, ötən gün Qırğızıstan – Tacikistan sərhədində silahlı insident baş verib. Hadisə nəticəsində Qırğızıstanın 1 nəfər sərhədçisi ölüb, hər iki tərəfdən xəsarət alanlar var.
Məsələ ilə bağlı Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan səfirinə etiraz notası təqdim edib.