Bank Of Baku

Qırğızıstan Tacikistanın sərhəd zastavalarını atəşə tutub, KTMT atəşkəs çağırışı edib - YENİLƏNİB-1

Qırğızıstan Tacikistanın sərhəd zastavalarını atəşə tutub, KTMT atəşkəs çağırışı edib - YENİLƏNİB-1
# 16 sentyabr 2022 12:50 (UTC +04:00)

Qırğızıstan-Tacikistan sərhədində toqquşmalar davam edir.

APA TASS-a istinadən xəbər verir ki, Qırğızıstan Tacikistanın "Lyakkan" və "Boqdari" sərhəd zastavalarını atəşə tutub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Stanislav Zas eskalasiya ilə əlaqədar Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmanqulov və Tacikistan TŞ katibi Nəsrulla Mahmudzadə ilə telefonla əlaqə saxlayıb.

Tərəflərin dərhal atəşkəs elan edilməsi və danışıqlara başlanılması ilə bağlı danışdığı bildirilib.

***

12:01

Tacikistan-Qırğızıstan sərhədinin bütün perimetrində vəziyyət gərgin olaraq qalır.

APA xəbər verir ki, Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini və 11 hərbçisinin yaralandığını bəyan edib.

Tacikistan isə Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Tacikistanın İsfara şəhərinin rəsmiləri 1 mülki şəxsin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildiriblər.

Baş verən gərginliyə görə Bişkek və Düşənbə bir-birlərini günahlandırır.

***

11:01

Bütün Tacikistan-Qırğızıstan sərhədi boyunca döyüşlər gedir.

APA xəbər verir ki, bu barədə Tacikistan Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd Xidməti Qırğızıstan tərəfinin sərhədyanı kəndləri, yaşayış sahələrini atəş altında saxladığını bildirib.

Döyüşlərdə ağır və atıcı silahlardan istifadə olunduğu bildirilib.

***

10:34

Vəziyyətinin sabitləşdirilməsinə dair razılaşmaya baxmayaraq, Tacikistan Qırğızıstanla sərhəddə hərbi texnika cəmləyir.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Atəşin dayandırılmasına dair səylərə baxmayaraq, Tacikistan tərəfi sərhədə ağır texnika toplayır və arsenalındakı bütün silahlardan Qırğızıstan ərazisini atəşə tutaraq ərazimizi işğal etməyə çalışır”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR