Qırğızıstan yeni müdafiə doktrinasını hazırlayır.
APA xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin Təhlükəsizlik Şurasının Bişkekdə bu gün səhər keçirilən iclasında deyib.
Japarov bu sənədin zəruriliyini dünyada baş verən dəyişikliklər, o cümlədən bəzi dövlətlərin tətbiq etdiyi iqtisadi sanksiyalarla izah edib: “Bu doktrina mənim şəxsi nəzarətim altında hazırlanacaq. Yeni doktrinanın qəbulu respublikanı xarici təhlükələrdən əhəmiyyətli dərəcədə qoruyacaq”, - deyə Qırğızıstan lideri bildirib.
Japarov onu da qeyd edib ki, Mərkəzi Asiya regionunda suyun istifadəsi məsələsi mühüm amil olaraq qalır.