Qırğızıstanın “Doskredobank” və “Bakay bank” bankları Rusiyanın "Mir" ödəniş sisteminin kartlarına xidmət göstərməyi dayandırıb.
APA TASS-a istinadən xəbər verir ki, bunu adıçəkilən bankların kredit-maliyyə təşkilatları deyib.
"Bakay bank"ın nümayəndəsi bildirib ki, bu qadağanın müddəti uzun çəkəcək: “Təəssüflər olsun ki, Rusiyanın "Mir" ödəniş sistemi ilə əməkdaşlığı dayandırmışıq və bu uzun müddət davam edəcək”.
Həmçinin o da qeyd olunub, bankların "Mir" ödəniş sistemi ilə əməkdaşlığının dayandırılmasının səbəbləri və əməliyyatların nə zaman bərpa olunacağı barədə məlumat yoxdur.