Qırğızıstan parlamenti ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham olunan deputat Adaxan Madumarovun toxunulmazlıq hüququnu ləğv edib.
APA xəbər verir ki, bu barədə “Sputnik"in Qırğızıstan bürosu məlumat yayıb.
Qeyd olunub ki, Madumarovun cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilib.
Xatırladaq ki, Bişkekdəki kütləvi həbsləri bir sıra KİV-lər “Bütöv Qırğızıstan” müxalifət fraksiyasının lideri Adaxan Madumarov barəsində açılan cinayət işi ilə əlaqələndirir. Madumarov kütləvi iğtişaşların təşkili və hakimiyyətin zorakılıqla ələ keçirilməsi maddələri ilə ittiham olunur.
Ona qarşı irəli sürülən ittihamlar arasında vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı maddə də var.