Bank Of Baku

Qırğızıstanda enerji sektorunda fövqəladə vəziyyət rejimi elan edilir

Qırğızıstanda enerji sektorunda fövqəladə vəziyyət rejimi elan edilir
# 24 iyul 2023 17:08 (UTC +04:00)

Qırğızıstanda avqustun 1-dən 2026-cı il dekabrın 31-dək enerji sektorunda fövqəladə vəziyyət rejimi tətbiq edilir.

APA “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə Prezident Sadır Japarov sərəncam imzalayıb.

Bu tədbir ölkəni iqlim dəyişkliyi, aşağı su axını və enerji potensialının çatışmazlığı ilə bağlı yaranmış enerji böhranından çıxarmaq üçün lazımdır.

Bu il enerji kəsiri 3 milyard kilovat-saat təşkil edir və 2026-cı ilə qədər 5-6 milyarda qədər arta bilər.

Qışda Bişkek Türkmənistandan (Özbəkistan şəbəkələri vasitəsilə) və Rusiyadan (Qazaxıstan şəbəkələri vasitəsilə) elektrik enerjisi idxal etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR