Qırğızıstanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimlərində 1500-ə yaxın hərbçi iştirak edir.
APA xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Sarsılmaz Qardaşlıq 2023” təlimlərinə 200-dən çox xüsusi və zirehli texnika, hərbi nəqliyyat, qırıcı və döyüş təyyarələri, pilotsuz uçuş aparatları və döyüş katerləri cəlb olunub.
Qeyd edək ki, bu gün Qırğızıstanın İssık-Kul gölü sahillərində yerləşən Edelveys poliqonunda KTMT sülhməramlı qüvvələrinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq 2023” birgə təlimlərinin açılış mərhələsi baş tutub.
Təlimlərdə iştirak etmək üçün Rusiya, Qazaxıstan, Belarus və Tacikistanın hərbi kontingentləri Qırğızıstana gedib.