Bişkekdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
APA xəbər verir ki, xarici işlər orqanlarının rəhbərləri məhdud tərkibdə danışıqlar aparır. Daha sonra Nazirlər Şurasının genişləndirilmiş iclası keçiriləcək.
İclas çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qırğız həmkarı Jeenbek Kulubaevlə görüşüb.