Bank Of Baku

Qırğızıstanda neft bazasında çən partlayıb, 4 nəfər xəsarət alıb - VİDEO

Qırğızıstanda neft bazasında çən partlayıb, 4 nəfər xəsarət alıb - VİDEO
# 20 iyun 2023 17:23 (UTC +04:00)

Qırğızıstanın paytaxtı Bişkekə yaxın Şopokov şəhəri dəmiryol stansiyasının yaxınlığındakı neft bazasında çən partlaması nəticəsində 4 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yaralananların hamısının müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sokuluk rayon Ümumi Tibbi Təcrübə Mərkəzinə yerləşdirildiyi bildirilib. Onlardan birinin vəziyyəti ağırdır, reanimasiya şöbəsindədir. Digərləri isə travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə baş verən ərazidə cərrah və travmatoloqlardan ibarət 3 təcili yardım briqadası çalışır.

Yanğının söndürülməsi üçün 8 yanğınsöndürmə briqada cəlb edilib. “Qırğızıstan dəmir yollları”na məxsus yanğınsöndürmə qatarı da onlara qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR