Paşha Bank
Bank Of Baku

Qriqoryan: TRIPP-lə əlaqəli ərazilərdə Azərbaycanla delimitasiya növbədənkənar qaydada aparıla bilər

Baş nazirinin müavini Mher Qriqoryan

© APA | Baş nazirinin müavini Mher Qriqoryan

# 02 noyabr 2026 13:10 (UTC +04:00)

Ermənistan TRIPP layihəsi çərçivəsində Sünik (Zəngəzur) vilayətində elektrik ötürücü xətləri, avtomobil və dəmir yollarının layihələndirilməsi işlərinə başlamağı planlaşdırır.

Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan bildirib.

O, sərhədlərin delimitasiyasının növbəti mərhələsi ilə bağlı razılaşmanın hələ əldə olunmadığını, lakin yaxın vaxtlarda müzakirələrin aparılacağını və işlərin davam etdiriləcəyini deyib.

“İşlərin növbəti mərhələsi və onun qrafiki ilə bağlı hələ ki razılığımız yoxdur. Amma düşünürəm ki, tezliklə müzakirə edəcək, razılaşacaq və davam edəcəyik”, – Qriqoryan qeyd edib.

Baş nazirin müavini TRIPP layihəsi ilə əlaqəli ərazilərdə delimitasiya işlərinin növbədənkənar qaydada aparılmasının mümkünlüyünü də vurğulayıb.

O bildirib ki, Ermənistan TRIPP şirkətinin yaradılmasını gözləmədən üç infrastruktur istiqaməti üzrə layihələndirmə işlərinə başlamaq, daha sonra hazırlanmış layihələri şirkətə təhvil vermək niyyətindədir.

“Hazırda TRIPP-in formalaşmasını gözləmədən, gələcəkdə ona təhvil vermək məqsədilə üç infrastruktur obyekti – dövlətlərarası avtomobil yolu, elektrik ötürücü xətləri və dəmir yolu üzrə layihə işlərinə başlamaq istəyirik. Bu üç infrastrukturun hamısı Sünikdə tikilməlidir”, – o bildirib.

Qriqoryanın sözlərinə görə, hazırda mümkün sxemlər və optimal variantlar nəzərdən keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR