Avropa İttifaqının rusiyalıların şəxsi əşyalarının idxalına qadağa qoyması sağlam düşüncə baxımından fövqəladə qərardır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“Madam ki, söhbət Avropa İttifaqının tamamilə, deyərdim, sağlam düşüncə baxımından fövqəladə qərarından gedir, ümid etmək istərdim ki, biz belə qərarlar qəbul etməyəcəyik və belə bir səviyyəyə düşməyəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Aİ-nin məlum qərarını rasizm adlandırıb.
Qeyd edək ki, Avropa İttifaqı rusiyalılara Rusiya qeydiyyatında olan şəxsi avtomobillərini, telefonlarını və digər əşyalarını Avropa ərazisinə gətirməyi qadağan edib.