Paşha Bank
Bank Of Baku

Rəsmi Moskva: Ankoric razılaşmalarına qayıtmağa hazırıq

Rəsmi Moskva: Ankoric razılaşmalarına qayıtmağa hazırıq
# 26 sentyabr 2026 22:28 (UTC +04:00)

“Rusiya Ankoric razılaşmalarına qayıtmağa hazırdır”.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya hesab edir ki, Ankoricdə razılaşma əldə edilib və Moskva əvvəlki tək bu razılaşmaya qayıtmağa hazırdır.

Lavrov onu da qeyd edib ki, Moskva Tramp administrasiyası ilə müntəzəm dialoq aparır və Rusiya əleyhinə sanksiyalar kimi narahatlıqlarını müzakirə etməyə hazırdır.

O vurğulayıb ki, Ukrayna ilə bağlı bütün danışıqlar raundunu dayandıran Rusiya deyil, onu danışıqlar aparmaq istəməməkdə günahlandıranlardır.

"ABŞ rəsmiləri Ukraynadakı münaqişənin Baydenin müharibəsi olduğunu bəyan edirərək bildirirlər ki, bu, onların müharibəsi deyil. Baydenin səyləri Ukraynanı Ağ Evin beynəlxalq gündəliyinin zirvəsinə qaldırıb. Biz onu Rusiya-ABŞ münasibətləri yolundan çıxarmalıyıq. Ankoricdə bir addım atıldı, biz Trampın təklif etdiyini qəbul etdik, amma Zelenski imtina etdi", - Lavrov BMT-nin qərargahında keçirilən mətbuat konfransında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR