Bank Of Baku

Rəsmi Moskva Cenevrədə Rusiya-ABŞ danışıqlarının tarixini açıqlayıb

Rusiya-ABŞ

© APA | Rusiya-ABŞ

# 30 dekabr 2021 12:44 (UTC +04:00)

Cenevrədə NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı Rusiya-ABŞ danışıqlarının vaxtı məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Cenevrədə danışıqların 10 yanvar tarixində keçiriləcəyini söyləyib.

O, bu tarixə alternativin olmadığını bildirib.

Qeyd edək ki, Rusiya tərəfi ABŞ və NATO-ya bir sıra təkliflərin olduğunu sənədlər layihəsi təqdim edib. Həmin sənədlər layihəsində NATO-nun şərqə doğru genişlənməməsinə, şimal alyansının postsovet ölkələri ərazisində hərbi infrastruktur yerləşdirməməsi və postsovet ölkələrini təşkilata cəlb etməməsinə dair Rusiyaya hüquqi zəmanətlərin verilməsi ilə bağlı təkliflər yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR