Bank Of Baku

Rəsmi Moskva Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən məlumatı çirkin kampaniya adlandırıb

Rəsmi Moskva Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən məlumatı çirkin kampaniya adlandırıb
# 13 iyul 2025 13:35 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən “Axios” nəşrinin məlumatını “çirkin siyasiləşdirilmiş kampaniya” adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN Qərb mediasını “feyk” məlumatlar yaymaqda ittiham edib.

"Qərb mediası öz əsl mahiyyətini açıq şəkildə nümayiş etdirməkdə davam edir - siyasi elitaların, kəşfiyyat qurumlarının və qondarma dərin dövlətin əlində olan, heç bir üsuldan, o cümlədən birbaşa təxribatlardan və “feyk”lər yaratmaqdan çəkinməyən alətdir", - Rusiya XİN-nin bəyanatında bildirilib.

Qeyd olunub ki, bu məsələdə, o cümlədən İsrail və Amerikanın İran ərazisinə endirdiyi zərbələr kontekstində Rusiya Federasiyasının mövqeyi hamıya məlumdur: “Biz İranın nüvə proqramı ətrafında yaranmış böhranın istisnasız olaraq siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini ardıcıl və dəfələrlə vurğulamışıq və qarşılıqlı məqbul həll yollarının tapılmasına kömək etməyə hazır olduğumuzu bildirmişik”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR