Bank Of Baku

Rəsmi Moskva Ukrayna ilə Britaniya arasında sazişin imzalanmasına münasibət bildirib

Rəsmi Moskva Ukrayna ilə Britaniya arasında sazişin imzalanmasına münasibət bildirib
# 17 yanvar 2024 13:36 (UTC +04:00)

Ukrayna ilə Böyük Britaniya arasında təhlükəsizlik sazişinin imzalanması Ukraynanın danışıqlar yolu ilə hazırkı münaqişədən çıxmasına icazə verilməyəcəyini göstərir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Kiyevdə imzalanmış saziş onu göstərir ki, Ukraynaya münaqişədən danışıqlar yolu ilə çıxmaq şansı verilmir", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevə səfər edib, Ukrayna prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayıb. Yeni müqavilə 10 il üçün nəzərdə tutulub, Britaniya bu müddət ərzində Ukraynaya dəstək vəd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR