Rəsmi Moskvanı Ruben Vardanyanın taleyi maraqlandırmır

Rəsmi Moskvanı Ruben Vardanyanın taleyi maraqlandırmır
# 19 iyun 2024 15:18 (UTC +04:00)

Rəsmi Moskvanı Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın taleyi maraqlandırmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün keçirdiyi brifinqdə erməni jurnalistin güya Vardanyanın Azərbaycan həbsxanasında “fiziki işgəncələrə” məruz qalması ilə bağlı və ümumiyyətlə, Vardanyan mövzunun Bakı ilə Moskva arasında təmaslarda qaldırılıb-qaldırılmaması ilə bağlı sualına cavabından aydın olur.

“Sizin suala sualla cavab vermək istərdim. Bəlkə siz bilirsiz, mən görməmişəm, Ruben Vardanyanın Azərbaycan həbsxanasında olması məsələsi Bakı-İrəvan təmaslarında qaldırılırmı? Əgər siz mənə bu informasiyanı təqdim etsəz, mənə elə gəlir ki, bu haqda bilmək maraqlı və faydalı olar. Bir daha xatırladıram ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxıb. O, bunu açıq edib, bu, heç kəsə sirr, gizli məlumat deyil. Ona görə də, bu cür sualı Bakı və İrəvana ünvanlamaq lazımdır”, deyə Rusiya XİN sözüçsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR