Bank Of Baku

Roma Papasının Ukrayna üzrə xüsusi elçisini Putinin köməkçisi qəbul edəcək

Roma Papasının Ukrayna üzrə xüsusi elçisini Putinin köməkçisi qəbul edəcək
# 28 iyun 2023 15:39 (UTC +04:00)

İyunun 28-də Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Roma Papasının xüsusi nümayəndəsi kardinal Matteo Zuppi ilə danışıqlar aparacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Uşakov Zuppi ilə Ukraynadakı münaqişə ətrafında vəziyyəti müzakirə edəcək.

Kremlin sözçüsü Rusiyanın Vatikanın Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində səylərini yüksək qiymətləndirdiyini də söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR