Bank Of Baku

Rosaviasiya: Dron hücumları ilə əlaqədar Moskva aeroportlarının iş rejimində dəyişiklik yoxdur

Rosaviasiya: Dron hücumları ilə əlaqədar Moskva aeroportlarının iş rejimində dəyişiklik yoxdur
# 30 may 2023 09:58 (UTC +04:00)

Moskva və Moskva vilayətinin hava limanları adi rejimdə işləyir, dron hücumu ilə əlaqədar aeroportların fəaliyyətində dəyişiklik yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə
Federal Hava Nəqliyyatı Agentliyi Rosaviasiyadan bildirilib.

"Bütün hava limanı xidmətləri və hava hərəkəti xidmətləri orqanlarının hava hərəkəti dispetçerləri adi rejimdə fəaliyyətlərini davam etdirirlər", - deyə Rosaviasiyadan bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Moskva şəhəri və Moskva vilayətinə dron hücumu olub. Baza teleqram kanalı 25-ə yaxın PUA-nın hücumlarda iştirak etdiyini yazıb. Dronlardan ikisi Moskvada yaşayış binasına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR