Bank Of Baku

Roskosmos Türkiyədə zəlzələdən sonra yaranan tektonik qırılmanın peyk görüntüsünü yayıb

Roskosmos Türkiyədə zəlzələdən sonra yaranan tektonik qırılmanın peyk görüntüsünü yayıb
# 12 fevral 2023 17:51 (UTC +04:00)

Rusiya peyki Türkiyənin Hatay vilayətində zəlzələ nəticəsində hava limanının dağılan uçuş-enmə zolağının görüntüsünü yayıb.

APA-nın Moskva müxbirinin "Roskosmos"un Telegram kanalına istinadən verdiyi məlumata görə, görüntüdə hava limanının ətrafındakı geniş ərazinin su altında qaldığı müşahidə edilir.

Müqayisə üçün 2021-ci ilin dekabrında çəkilmiş foto də əlavə olunub.

Qeyd edək ki, fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində Hatay hava limanının yeganə uçuş-enmə zolağı tamamilə sıradan çıxıb.

Bundan əlavə, Roskosmos Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində yaranan tektonik qırılmanın peyk görüntüsünü də yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR