Rubinyan: Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsi gündəlikdə deyil

Rubinyan: Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsi gündəlikdə deyil
# 01 mart 2024 13:59 (UTC +04:00)

Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsi gündəlikdə deyil.

APA xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

Panel müzakirəsində iştirak edən Ruben Rubinyan Ermənistanın Aİ ilə yaxın əməkdaşlıq üçün Avrasiya İqtisadi Birliyindən çıxma ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, bu, gündəlikdə deyil.

“Ermənistanda bu məsələ ilə bağlı müzakirələr yoxdur”, - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR