Rusiyanın milli valyutası rubl ABŞ dolları və avroya nisbətdə bahalaşıb.
APA-nın Moskva müxbirinin Moskva birjasına istinadən verdiyi məlumata görə, rubl dollara və avroya nisbətdə altıncı gündür ki, bahalaşmağa davam edir.
Bu gün səhər 10:07 vaxtı ilə dolların məzənnəsi 2,9 rubl ucuzlaşaraq 105,1 rubla, avronun məzənnəsi isə 2,35 rubl ucuzlaşaraq 115,35 rubla bərabər olub.