Rusiyanın Buxarestdəki müvəqqəti işlər vəkili Yelena Kopnina Tulça qraflığında Rusiya hərbçilərinin Ukraynada istifadə etdiyinə oxşar pilotsuz təyyarənin yeni fraqmentlərini aşkar etdikdən sonra yenidən Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın məlumatına görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Xarici İşlər Nazirliyinin Strateji Məsələlər üzrə Dövlət Katibi İulian Fota “Rumıniyanın hava məkanının pozulması” ilə bağlı növbəti dəfə kəskin etirazını bildirib.