Bank Of Baku

Rusiya 11 uşağı Ukraynaya təhvil verib

Rusiya 11 uşağı Ukraynaya təhvil verib
# 19 fevral 2024 16:46 (UTC +04:00)

Rusiya 11 uşağı Ukrayna tərəfinə təhvil verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova bildirib.

Onun sözlərinə görə, ukraynalı uşaqların ailələrinə qovuşması Qətərin Moskvadakı səfirliyində baş tutub.

Səfir Əhməd bin Nasser bin Casim Al Tani bildirib ki, Doha bu istiqamətdə humanitar addımlar atmağa davam edəcək.

Qeyd edək ki, Qətər bir müddətdir Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsində vasitəçilik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR