Rusiya 2 Moldova vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Rusiya 2 Moldova vətəndaşının ölkəyə girişinə qadağa qoyub
# 04 oktyabr 2023 12:26 (UTC +04:00)

Rusiya Moldova Televiziya və Radio Verilişləri Şurasının sədri Liliana Vitsu və jurnalist Mixail Sirkelinin ölkəyə girişinə qadağa qoyub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxslər Rusiya XİN-nin məlumatına görə, Moldovada rusiyalı jurnalistlərin hüquqlarının məhdudlaşdırılmasında iştirak ediblər.

Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi Moldova səfirinə ölkədə rusdilli KİV-lərə qarşı siyasi motivli təqiblərin davam etməsi, habelə anti-Rusiya əhval-ruhiyyəsinin qızışdırılması ilə bağlı kəskin etirazını bildirib. Diplomata məlumat verilib ki, asimmetrik tədbir olaraq, rusiyalı jurnalistlərin hüquqlarının məhdudlaşdırılması ilə bilavasitə əlaqəsi olan bir sıra şəxslərin Rusiya Federasiyasına girişi qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR