Bank Of Baku

Rusiya 2030-cu ilə kimi Şərqə 88 mlrd. kubmetr qaz ixrac etmək niyyətindədir

Rusiya 2030-cu ilə kimi Şərqə 88 mlrd. kubmetr qaz ixrac etmək niyyətindədir
# 15 dekabr 2022 17:47 (UTC +04:00)

Rusiya Asiyada, Latın Amerikasının dinamik inkişaf edən ölkələrində tərəfdaşlar axtaracaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələrlə bağlı Şuranın iclasında bildirib.

"Biz dünya iqtisadiyyatının fəal inkişaf edən regionlarında daha perspektivli başqa tərəfdaşlar axtaracağıq. Bunlar Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrikadır. Biz Rusiyanın enerji resurslarını məhz dost ölkələrin bazarlarına yönləndirəcəyik", - deyə Putin vurğulayıb.

Rusiya prezidenti ölkəsinin Asiyada liman və boru kəməri sistemlərini inkişaf etdirəcəyini, 2030-cu ilə qədər Şərqə 88 mlrd. kubmetr qaz ixrac etmək niyyətində olduğunu da söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR