Paşha Bank
Bank Of Baku

Uşakov: Rusiya-ABŞ-Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər

Uşakov: Rusiya-ABŞ-Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər
# 21 oktyabr 2026 18:39 (UTC +04:00)

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabidə keçirilə bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzr köməkçisi Yuri Uşakov bildirib.

"Biz Əbu-Dabini nəzərdə tutmuşuq. Belə razılıq əldə olunub ki, haradasa noyabrın ortalarında, ayın 10-dan sonra görüş olacaq. Danışıqlara kimin qatılacağı hələ müəyyən edilməyib. Prezident qərar verəcək", - Kreml rəsmisi vurğulayıb.

Uşakov aydınlaşdırıb ki, danışıqlar əvvəlki kimi ekspertlər səviyyəsində keçiriləcək. Onun sözlərinə görə, əsas mövzu münaqişə bitdikdən sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR