General Sergey Surovikin Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırılıb.
APA “Baza” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə jurnalist Aleksey Venediktov deyib.
O bildirib ki, general “Vaqner” qrupunun qiyam cəhdindən sonra ictimaiyyət qarşısında görünməyib.
Sergey Surovikinin qızı isə atasının həbs edilmədiyini bildirib.