Rusiya Aİ-nin 13-cü sanskiyalar paketinə cavab verib

Rusiya Aİ-nin 13-cü sanskiyalar paketinə cavab verib
# 23 fevral 2024 15:59 (UTC +04:00)

Rusiya Avropa İttifaqının 13-cü sanskiyalar paketinə cavab verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, rəsmi Moskva Aİ-nin yeni sanksiyalarına cavab olaraq Rusiyaya girişi qadağan edilən Avropa qurumlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib.

"Avropa İttifaqı birtərəfli məhdudlaşdırıcı tədbirlərlə Rusiyaya təzyiq göstərmək üçün nəticəsiz cəhdlərini davam etdirir. Fevralın 23-də Aİ ölkələri növbəti 13-cü sanksiyalar paketini qəbul ediblər. Biz Avropa İttifaqının bu cür hərəkətlərini qeyri-qanuni, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi preroqativlərinə xələl gətirdiyini hesab edirik. Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi dövlətimizin ərazisinə girişin qadağan olunması ilə bağlı Avropa institutlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını xeyli genişləndirib.

Söhbət Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının və kommersiya təşkilatlarının nümayəndələrindən, Kiyevdəki neonasist rejiminə hərbi yardım göstərməkdə məsul olan Aİ-yə üzv ölkələrin vətəndaşlarından, Rusiya rəsmilərinin “qanunsuz həbslərə” görə mühakimə olunmasında iştirak edən Avropa strukturlarının nümayəndələrindən gedir.

Rusiyanın cavab “stop siyahısı”na Rusiyaya qarşı sistemli şəkildə aqressiv bəyanatlar verən Avropa Şurasının nümayəndələri, Avropa İttifaqı ölkələrinin qanunvericilik assambleyalarının üzvləri, ATƏT PA və AŞPA üzvləri də daxildir.

Biz təsdiq edirik ki, Qərb ölkələrinin hər hansı qeyri-dost aksiyaları vaxtında və adekvat cavab almağa davam edəcək", deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR