Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandırır

Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandırır
# 19 iyun 2024 11:50 (UTC +04:00)

Rusiya Federasiya Şurası və Dövlət Duması Rusiyanın ATƏT Parlament Assambleyasının fəaliyyətində iştirakının dayandırılması və ödənişlərin dayandırılması barədə qərar hazırlayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

O, ATƏT Parlament Assambleyasında iştirakın dayandırılması qərarını dəstəkləyib və təşkilatın qeyri-obyektivliyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl senator Vladimir Cabarov Rusiyanın ATƏT PA-da iştirakının dayandırılması ideyası ilə çıxış edərək, bu mövqenin Dövlət Duması ilə razılaşdırıldığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR