Bank Of Baku

Rusiya aviasiyası Ermənistanda təlim uçuşları keçirib

Rusiya aviasiyası Ermənistanda təlim uçuşları keçirib
# 03 fevral 2022 12:01 (UTC +04:00)

Rusiyanın Cənub Hərbi Dairəsinin qırıcı aviasiya ekipajları Ermənistanın Erebuni aviabazasından MiQ-29 və Su-30SM qırıcıları ilə təlim uçuşları həyata keçirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Heyətlər mürəkkəb pilotlaşdırma elementləri ilə çətin hava şəraitində cütlük və bölmələr şəklində döyüş hazırlığı tapşırıqlarını işləyiblər”, - deyə xəbərdə vurğulanıb.

Pilotlar leysan yağışları, güclü külək, yüksək dağlıq ərazilərdə temperaturun dəyişməsi ilə müşayiət olunan çətin hava şəraitində gündüz və gecə tapşırıqlarını yerinə yetiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR