Bank Of Baku

Rusiya aviasiyası Kiyev yaxınlığında hərbi zavoda zərbə endirib

Rusiya aviasiyası Kiyev yaxınlığında hərbi zavoda zərbə endirib
# 15 aprel 2022 12:16 (UTC +04:00)

Rusiya Ukrayna Silahlı Qüvvələrinin öz ərazisindəki təxribatlarına Kiyevdəki obyektlərə yeni raket zərbələri ilə cavab verəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Kiyevdəki hədəflərə endirilən raket zərbələrinin sayı və miqyası Kiyev millətçi rejiminin Rusiya ərazisində hər hansı terror xarakterli hücum və ya təxribat törətməsinə cavab olaraq artacaq”, - Konaşenkov vurğulayıb.

Rusiya MN sözçüsü qeyd edib ki, bu gecə “Kalibr” dəniz bazalı raket Ukrayna paytaxtının kənarında yerləşən Julyanskidəki "Vizar” hərbi zavodunu vurub: “Zərbə zenit-raket komplekslərinin istehsalı və təmiri sexlərini dağıdıb. Ümumilikdə, müxtəlif ərazilərdə 13 hərbi obyekt vurulub. Bundan başqa, Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemi Çerniqov yaxınlığında aprelin 14-də Bryansk vilayətinin Klimovo kəndində hücum həyata keçirən Mi-8 helikopterini vurub.

Xarkov vilayətinin Lozovaya kəndi yaxınlığında da Su-27 qırıcısı vurulub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR